İdman

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

17 Jul 2026, 16:10 7 baxış
Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir. Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır. UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb. Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.
Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər