İdman

"Araz-Naxçıvan" ev oyunlarını harada keçirəcək?

17 Jul 2026, 16:40 1 baxış
"Araz-Naxçıvan" ev oyunlarını harada keçirəcək?
"Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan "Araz-Naxçıvan" klubu ev oyunlarını keçirəcəyi stadionla bağlı hələ yekun qərar verməyib". Oxu.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Naxçıvan təmsilçisi hazırda bir neçə variantı nəzərdən keçirir və məsələ ilə bağlı PFL-ə rəsmi müraciət ünvanlamayıb: "Araz-Naxçıvan" stadion seçimi ilə bağlı müəyyən çətinlik yaşayır. Hazırda müxtəlif variantlar üzərində işləyirlər. Bu məsələyə dair klubdan bizə hələlik rəsmi müraciət daxil olmayıb". Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün ilk turunun oyunları avqustun 14-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər