İdman

Azərbaycan çempionatında növbəti mövsümü üçün YENİ TƏLƏB

17 Jul 2026, 15:34 2 baxış
Azərbaycan çempionatında növbəti mövsümü üçün YENİ TƏLƏB
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümündən etibarən süni işıqlandırma sistemi olmayan stadionlarda I dövrədə ev oyunlarının keçirilməsinə icazə verilməyəcək. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib. O bildirib ki, yeni təqvimə əsasən, bəzi komandalar müəyyən ardıcıl dörd səfər oyunu keçirmək məcburiyyətində qala bilərlər: "Lakin bu, komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək. Yaranacaq balanssızlıq ikinci dövrədən etibarən kompensasiya olunacaq". Bu səbəbdən ilk turda "Şamaxı" - "Qarabağ" oyunu Ağdam klubunun meydanında keçiriləcək. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər