Siyasət

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO

17 Jul 2026, 13:42 2 baxış
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO
Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş nazir Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutur. Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Danışıqların yekununda nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
{{gallery}}
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər