Siyasət

Bayramovla Lavrovun görüşü başladı

17 Jul 2026, 13:16 2 baxış
Bayramovla Lavrovun görüşü başladı

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.


Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.


Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.


Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər