Siyasət

Pelleqrini: "Slovakiya Avropada Azərbaycanın "vəkili"dir"

17 Jul 2026, 12:20 2 baxış
Pelleqrini: "Slovakiya Avropada Azərbaycanın "vəkili"dir"
"Slovakiya Azərbaycan üçün həqiqətən etibarlı tərəfdaş olmaq istəyir - təkcə Slovakiya kimi deyil, həm də Avropa Birliyinin (AB) üzv dövləti kimi". Oxu.Az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün Bakıda doğulmuş tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratını bölüşərkən deyib. Slovakiya lideri Bratislavanın xarici siyasət fəlsəfəsini belə izah edib: "Bizim diplomatiyamız dünyanın hər dörd tərəfinə yönəlməlidir - təkcə qərbə deyil, həm də cənuba, şimala və şərqə. Slavyan xalqı olaraq biz sizə İspaniya və ya Portuqaliyadakı insanlardan bəlkə də daha yaxınıq. Biz sizin mentalitetinizi daha yaxşı anlayırıq". Pelleqrini Slovakiyanın Azərbaycana nəsihət verməyəcəyini, əksinə Avropa ölkələri arasında onun "vəkili" olacağını vəd edib: "Düşünürəm ki, biz Avropa ölkələri arasında Azərbaycan üçün müsbət mənada bir növ vəkil olacağıq və əlbəttə, hansısa dəstəyə ehtiyac olan və ya AB-nin hansısa qərar qəbul etməli olduğu və bunun hansısa şəkildə Azərbaycanla bağlı olduğu yerdə, əlbəttə, siz bizə arxalana bilərsiniz, çünki biz Azərbaycanı necə gördüyümüzü, Azərbaycanı necə anladığımızı izah edəcəyik və o, həqiqətən bu regionda sabitlik və sülh üçün strateji oyunçudur. Slovakiyanın tərzi tərəfdaşlarına hörmətdir". O, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıya səfərini müsbət əlamət kimi qeyd edib: "İndi hətta Brüsseldəki yüksəkvəzifəli şəxslər də Azərbaycanla danışmaq və tərəfdaş olmaq lazım olduğunu başa düşürlər. Slovakiya bu prosesdə çox köməkçi olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər