İdman

İspaniya millisinin 2010 və 2026-cı il oxşarlıqları... - İnanılmaz

17 Jul 2026, 12:36 3 baxış
İspaniya millisinin 2010 və 2026-cı il oxşarlıqları... - İnanılmaz

2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində olduqca maraqlı bir mənzərə ortaya çıxıb.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, İspaniya yığmasının çempion olduğu 2010-cu il mundialı ilə builki turnir arasında bir sıra oxşarlıqlar mövcuddur.


Belə ki, ispanların sonuncu dəfə Dünya Kubokunu başları üzərinə qaldırdıqları 2010-cu il və 2026-cı il çempionatlarını bir neçə mistik paralel birləşdirir.


Təsadüflər artıq ilk gündən özünü göstərib: hər iki mundialın açılış matçında CAR və Meksika yığmaları üz-üzə gəliblər. Eynilə 2010-cu ildə olduğu kimi, builki turnirin açılış mərasiminin əsas ulduzu da yenə Şakira olub.


Diqqətdən qaçmayan daha bir vacib məqam İspaniyanın hər iki qlobal turnirə məhz Avropa çempionu statusunda gəlməsidir.


Lakin faktlar bununla yekunlaşmır. "Qırmızı furiya" hər iki yarışda H qrupunda mübarizə aparıb. Üstəlik, İspaniya 2010-cu ildə start matçında qələbə qazanmamış və qol vura bilməmişdisə, tamamilə bənzər ssenari builki mundialın ilk oyununda da təkrarlanıb.


Futboldankənar hadisələr də bu zəncirin bir parçasıdır. Belə ki, 2010-cu ildə Joze Mourinyo "Real Madrid"in baş məşqçisi təyin edilmişdisə, 2026-cı ildə portuqaliyalı mütəxəssis yenidən Madrid klubunun sükanı arxasına qayıdıb.


2010-cu ildə yığmada "Barselona"nın səkkiz futbolçusu yer alırdısa, hazırkı İspaniya millisində də məhz eyni sayda kataloniyalı klubun nümayəndəsi çıxış edir.


Pley-off mərhələsindəki təsadüf isə xüsusilə diqqətçəkəndir. İspaniya 2010-cu ilin 1/8 finalında Portuqaliyanı 1:0 hesabı ilə məğlub etdiyi kimi, builki turnirdə də eyni rəqibi məhz eyni həlledici hesabla üstələyib.


Qeyd edək ki, bütün dünyanın səbirsizliklə gözlədiyi İspaniya - Argentina böyük finalı iyulun 19-da saat 23:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər