Siyasət

Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

17 Jul 2026, 11:43 3 baxış
Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib. Oxu.Az AZƏRTAC-a sitinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxunub. Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtımızın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirib, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb. Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib. Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib. O, həmçinin İrlandiyanın "Avropa Siyasi Birliyi"nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib. Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğulayıb. Dövlətimizin başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkəmizdə bu istiqamətdə görülən işlərə toxunub. Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
{{gallery}}
Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO Prezident İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər