İdman

Azərbaycan UEFA əmsallar cədvəlində maksimum nəticə ilə birincidir - FOTO

17 Jul 2026, 09:24 2 baxış
Azərbaycan UEFA əmsallar cədvəlində maksimum nəticə ilə birincidir - FOTO
Azərbaycanın UEFA əmsallar cədvəlindəki liderliyi 100%-lik nəticə ilə davam edir. Oxu.Az xəbər verir ki, ötən gecə təmsilçilərimizin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qələbə qazanmaları sayəsində xal ehtiyatımız maksimum 1.500-ə çatıb. "Qarabğ" UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "Zirə" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo Kutaisi" komandasını üç cavabsız qolla üstələyib. Daha əvvəl isə "Sabah" UEFA Çempionlar Liqasında Uelsin TNS komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Qeyd edək ki, bu oyunların hamısı səfərdə baş tutub. Beləliklə, ölkəmizi təmsil edən klublar avrokubokların ilk mərhələsində 6 oyunda 6 qələbə qazanıb, rəqib qapılarına 16 top vurub və öz qapılarından cəmi bir top buraxıblar. Təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür. Ona görə də ölkəmizin artıq topladığı 6 xal dördə bölünüb və 1.500 xal aktivimizə əlavə olunub. Hazırda avrokuboklarda oynayan ölkələr arasında bu nəticə ilə Azərbaycan 1-ci yerdədir. Ümumi reytinqdə son 5 mövsümün nəticəsi toplandığı üçün hazırda Azərbaycan 20.062 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan İsrailin aktivində 20.750 xal, 27-ci yerdə qərarlaşan Slovakiyanın isə 18.500 xal var. Hazırda UEFA əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
Azərbaycan UEFA əmsallar cədvəlində maksimum nəticə ilə birincidir - FOTO Azərbaycan UEFA əmsallar cədvəlində maksimum nəticə ilə birincidir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər