İdman
DÇ-2026: İspaniya - Argentina finalının baş hakimi bəlli oldu - VİDEO
Futbol dünyasının səbirsizliklə gözlədiyi dünya çempionatının final qarşılaşmasını idarə edəcək baş hakim artıq məlumdur. Oxu.Az xəbər verir ki, İspaniya və Argentina yığmaları arasındakı həlledici matçda əsas qərarları sloveniyalı FIFA referisi Slavko Vinçiç verəcək. Slavko Vinçiç DÇ-2026-nın İspaniya və Argentina arasındakı həlledici qarşılaşmasına baş hakim təyin olunması xəbərini böyük həyəcan və emosiyalarla qarşılayıb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) final matçının hakiminin açıqlandığı tədbirdən xüsusi video görüntüləri sosial şəbəkələrdə paylaşıb. Qərar elan edilən zaman 46 yaşlı sloveniyalı mütəxəssis göz yaşlarını saxlaya bilməyərək üzünü əlləri ilə örtüb. O, daha sonra yanında əyləşən həmkarlarının səmimi təbriklərini qəbul edib.
Finalda Vinçiçə onun həmvətənləri - Tomaj Klançnik və Andraj Kovaçiç yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü və ehtiyat hakimlər funksiyasını isə İordaniyadan olan Ədhəm Məhadmə və Məhəmməd Əl-Xələf yerinə yetirəcəklər. Qeyd edək ki, DÇ-2026 çərçivəsində Vinçiç indiyədək üç qarşılaşmada baş hakim qismində meydanda olub. Bunlar Braziliya - Mərakeş (1:1), İordaniya - Əlcəzair (1:2) və 1/16 final mərhələsinin Meksika - Ekvador (2:0) matçlarıdır. Geridə qalan bu üç oyunda sloveniyalı referi futbolçulara ümumilikdə 7 sarı və bir qırmızı vərəqə göstərib. DÇ-2026-nın bürünc medalları uğrunda mübarizə aparacaq Fransa və İngiltərə komandalarının görüşündə isə venesuelalı referi Xesus Valensuela söz sahibi olacaq. Qeyd edək ki, Fransa - İngiltərə qarşılaşması iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya ilə Argentina arasındakı böyük final isə iyulun 19-da saat 23:00-da başlanacaq.

Mənbə
oxu.az