İdman

Pelenin forması beş milyon dollara yaxın qiymətə satıldı

17 Jul 2026, 04:40 4 baxış
Pelenin forması beş milyon dollara yaxın qiymətə satıldı
Braziliyalı əfsanəvi futbolçu Pelеnin 1958-ci il dünya çempionatının final qarşılaşmasında geyindiyi oyun forması hərracda 4.88 milyon dollara satılıb. xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin mətbuat xidməti məlumat yayıb. Həmin oyunda Pele dubl edərək Braziliya millisinin tarixində ilk dəfə dünya çempionu olmasına böyük töhfə verib. Finalda Braziliya yığması turnirə ev sahibliyi edən İsveç komandasına 5:2 hesabı ilə qalib gəlib. Bununla da Pele karyerasında ilk dünya çempionluğu titulunu qazanıb.
Pelenin forması beş milyon dollara yaxın qiymətə satıldı Pelenin forması beş milyon dollara yaxın qiymətə satıldı
Mənbə oxu.az