İdman
DÇ-2026-nın final matçının ən ucuz və bahalı biletləri neçəyədir?
Argentina və İspaniya milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyununa ən ucuz biletin qiyməti 8 700 dolları (təxminən 14 500 manat - red.) ötüb. "SeatGeek" platformasına istinadən xəbər verir ki, satışda olan ən bahalı biletlərin qiyməti isə 114 000 dollardan (193 800 manat - red.) çoxdur. Final matçı iyulun 19-da 82 500 tamaşaçı tutumuna malik "Metlayf" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə
oxu.az