İdman

"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

17 Jul 2026, 01:56 1 baxış
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/2027-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. xəbər verir ki, "ağ-qaralar" bu raundda Belarusun "Dinamo" (Minsk) kollektivi ilə qarşılaşacaq. Belarus təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan "Dinamo" cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyən Minsk təmsilçisi növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-də və 30-da keçiriləcək.
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
Mənbə oxu.az