İdman

DÇ-2026: Argentina geridönüş edərək finala vəsiqə qazandı - VİDEO

16 Jul 2026, 01:08 1 baxış
DÇ-2026: Argentina geridönüş edərək finala vəsiqə qazandı - VİDEO
Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub. Oxu.Az xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında argentinalılar 2:1 hesablı qələbə qazanıblar.

Hesabı 55-ci dəqiqədə İngilitərə millisi açıb, Entoni Qordon fərqlənib. Bununla belə, geridönüş etməyi bacaran hazırkı dünya çempionları arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 85-ci dəqiqədə Entso Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər. Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüş iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da, final matçı isə 23:00-da keçiriləcək
Mənbə oxu.az

Oxşar Xəbərlər