İdman

DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb

15 Jul 2026, 14:54 1 baxış
DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb

19 iyul, bazar günü keçiriləcək Dünya Kuboku finalında hissələrarası fasilənin 20-25 dəqiqə davam edəcəyi gözlənilir.


Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Məlumata görə, fasilə zamanı məşhur müğənnilər - Castin Bieber, Madonna, Şakira və Koreyanın oğlan musiqi qrupu BTS-in birgə çıxışları ilə 11 dəqiqəlik “Super Boul” üslubunda şou keçiriləcək.


Qeyd edək ki, keçən il baş tutan klublararası Dünya Kuboku finalının fasiləsi Koldpley, J Balvin, Doja Ket, Tems və Emmanuel Kellinin çıxışları səbəbindən 24 dəqiqə davam edib.


Xatırladaq ki, dünya çempionatının ilk finalçısı dünən Fransa millisini 2:0 məğlub edən İspaniya olub.

Mənbə axar.az

Oxşar Xəbərlər