Dünya

Gürcüstanın keçmiş müdafiə nazirinə həbs cəzası verildi

06 Jul 2026, 17:56 2 baxış
Gürcüstanın keçmiş müdafiə nazirinə həbs cəzası verildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanı hazırkı Gürcüstan hökumətini devirmək üçün ictimai çağırışlarına görə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Gürcüstanın "Interpressnews" informasiya agentliyi məlumat verib. Qərarı Şəhər Məhkəməsinin hakimi Romeo Tkeşelaşvili elan edib. Baço Axalaya 16 fevral 2026-cı il tarixində keçirilən məhkəmə iclasında hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvilinin devrilməli olduğuna dair bəyanat verməkdə ittiham olunurdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər