Dünya

Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto

05 Oct 2026, 12:28 3 baxış
Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto
Ermənistan baş nazirinin aparat rəhbəri Lilit Makuntsun fəaliyyəti erməni mətbuatı tərəfindən birmənalı qarşılanmır. Aparat rəhbərinin özünü hökumətin rəhbəri kimi apardığı və özünün piarına geniş yer verdiyi qeyd olunur. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" nəşrinin dərc etdiyi materialda bildirilir.
{{gallery}} "Baş nazirin yeni təyin olunmuş aparat rəhbəri Lilit Makunts sələfi Arayik Arutyunyandan daha üstün olmaq qərarına gəlib. Makunts hətta baş nazirin özündən belə daha çox aktivlik nümayiş etdirir - görüşlər keçirir və hökumətin saytını öz tədbirlərindən xəbərlər və şəkillərlə doldurub. Belə bir təəssürat yaranır sanki o, hökumətdə bir nömrəli məmurdur. Məsələn, bir gün əvvəl Makunts "Ermənistan üçün yeni imkanlar: xarici siyasət, islahatlar və davamlılıq" adlı iki günlük iş seminarının açılış mərasimində iştirak edib. Tədbirdə Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, analitik mərkəzlərin, ictimai təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Hökumətin saytında bununla bağlı geniş bir açıqlama dərc olunub ki, adətən baş nazir bağlı belə paylaşımlar olur. "Baş nazirin aparat rəhbəri Lilit Makunts salamlama nitqi ilə çıxış etdi..." , "Baş nazirin aparat rəhbərinin müşahidələrinə görə, TRIPP regionda davamlı sülhün, təhlükəsizliyin və qonşularla dinc yanaşı yaşamağın daha bir vacib komponentinə çevriləcək" kimi ifadələr sözün əsl mənasında saytda dolub-daşır. Rəsmi saytda hətta "Lilit Makunts Konstantin Petrosyana həsr olunmuş yubiley konsertində iştirak edib" xəbərinə də yer tapılıb", - deyə materialda qeyd edilib.
Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto Ermənistan hökumətində yeni peyda olan "cazibədar Paşinyan" kimdir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər