Dünya

SEPAH: "ABŞ-lilər qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox geri çəkildilər"

05 Oct 2026, 10:56 1 baxış
SEPAH: "ABŞ-lilər qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox geri çəkildilər"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, kontr-admiral Əli Fədəvi ölkəsinin silahlı qüvvələrinin Amerikanın hərbi dəniz donanmasına aid gəmiləri ölkə sahillərindən təqribən 1000 kilometr məsafəyə uzaqlaşmağa vadar etdiyini açıqlayıb. Bu barədə Oxu.Az "Press TV" telekanalına istinadla məlumat verir ki, Fədəvi televiziya kanalına verdiyi müsahibədə bildirib: "ABŞ-lilər qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox geri çəkildilər. Bu, onların şəxsi seçimi deyildi, İslam Respublikasının və SEPAH quru qoşunlarının qüdrəti nəticəsində baş verdi". O, Fars körfəzində, Hörmüz boğazında, Oman körfəzində və hətta Hind okeanının şimal akvatoriyasında ilk dəfə olaraq heç bir ABŞ gəmisinin qalmadığını iddia edib. Bundan əlavə admiral bildirib ki, ABŞ hərbi gəmiləri SEPAH tərəfindən edilə biləcək raket hücumlarına qarşı "100% müdafiəsiz" vəziyyətdədilər. Qeyd edək ki, Fədəvinin açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına tətbiq etdiyi sərt dəniz blokadasının davam etdiyi bir vaxta təsadüf edir. Ötən həftə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) blokada qaydalarına tam əməl olunmasını təmin etmək üçün iyul ayından etibarən İran limanlarına giriş-çıxış etməyə çalışan 125 kommersiya gəmisinin saxlanıldığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər