Cəmiyyət

Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

05 Oct 2026, 13:16 3 baxış
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

Sentyabr ayı ərzində 13 klinika barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Axar.az-a bildirilib ki, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib.


Qeyd olunub ki, bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və müvafiq icraata göndərilib.


Ümilikdə, stomatoloji fəaliyyətlə bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. Onlardan 5-i İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-i isə 215.1-ci maddəsi ilə tərtib edilib.


Bildirilib ki, tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AEM vətəndaşların müraciətlərini müəyyən edilmiş qaydada obyektiv və operativ şəkildə araşdırır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görür.

Mənbə axar.az

Oxşar Xəbərlər