Cəmiyyət
Emin Hüseynov: "Gündəlik Bakı-Ağdam-Xankəndi qatarlarının fəaliyyət göstərməsi planlaşdırılır"
"Ağdam dəmiryol xəttinin Xankəndiyə qədər genişləndirilməsi istiqamətində işlər aparılır və bu işlərin ilin sonuna qədər tamamlanması gözlənilir". Oxu.Az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Aqrar Biznes Festivalı"çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində deyib. O bildirib ki, 44 kilometrlik Bərdə-Ağdam yolu dünya səviyyəsində çəkilmiş, bütün beynəlxalq standartlara uyğun gələn bir yoldur: "Ərazidə uzunluğu 47 km olan Ağdam dəmiryol xətti də var. Hazırda bu xəttin Xankəndiyə qədər davam etdirilməsi istiqamətində işlər aparılır və bu ilin sonuna qədər onun tamamlanması gözlənilir. Xətt tamamlandıqdan sonra gündəlik əsasda Bakı-Ağdam-Xankəndi qatarlarının fəaliyyət göstərəcəyini gözləyirik. Bu, həm sakinlər, həm də sahibkarlar üçün olduqca önəmlidir".
Mənbə
oxu.az