İdman

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı...

05 Oct 2026, 13:37 3 baxış
ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı...

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.


Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.


O, sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığını söyləyib.


Qeyd edək ki, "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.


Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər