Dünya
Barak Obamanın gizli missiyası: Demokratları seçkiyə hazırlayır
ABŞ-nin sabiq prezidenti Barak Obama 2028-ci il seçkisinə partiyanın hazırlığında kölgə mentoru rolunu öz üzərinə götürüb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Axios" nəşri yazıb. Nəşr qeyd edir ki, sabiq prezident rekord 96 faizlik dəstəklə ABŞ-də ən populyar demokrat mövqeyini qoruyub-saxlayır. İyun ayında tanınmış siyasətçilərin prezident mərkəzinin açılışı məqsədilə Çikaqoya toplaşması da onun partiya daxilindəki real liderliyinin göstəricisi olub. Bununla belə, siyasətçi pərdəarxası fəaliyyət göstərməyi seçir. O, son müsahibələrinin birində: "Əsas məqsədim oyunçu mövqeyindən çıxaraq məşqçi rolunu almaqdır", - deyə qeyd edib. Keçmiş prezident partiyanın gələcək vəd edən gənc simaları ilə davamlı əlaqədə olur, həmçinin süni intellekt strategiyasının formalaşdırılmasına dəstək verir. Sabiq dövlət başçısının rolu bundan əvvəlki seçki proseslərində də aydın görünürdü. Belə ki, o, Hillari Klintona dəstək verib, siyasi elitanın Co Baydenin ətrafında cəmləşməsinə köməklik göstərib, daha sonra isə Baydenin 2024-cü il seçkisindən geri çəkilməsi prosesində yaxından iştirak edib. Cəmiyyətdəki mədəni nüfuzunu saxlamaq məqsədilə sabiq prezident HBO kanalında nümayiş olunan tarixi komediya serialına prodüserlik edib və tez-tez irimiqyaslı idman yarışlarında iştirak edir. Donald Trampla rəqabət şəraitində Demokratlar Partiyasının 2028-ci ildəki taleyini birbaşa olaraq Obamanın tarixi irsi təyin edəcək.
Mənbə
oxu.az