Dünya

Zaporojyedə yanacaqdoldurma məntəqəsinə zərbə endirilib: Beş yaralı

06 Jul 2026, 14:58 2 baxış
Zaporojyedə yanacaqdoldurma məntəqəsinə zərbə endirilib: Beş yaralı
Bu gün, iyulun 6-da Rusiya hərbçiləri Zaporojyedə yanacaqdoldurma məntəqəsinə (YDM) zərbə endiriblər. Əldə edilən son məlumatlara görə, hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb. "Səhər saatlarından etibarən Rusiya ordusu vilayət mərkəzindəki avtodoldurma stansiyalarına hücum edir. Beş nəfər yaralanıb: ruslar tərəfindən hədəf alınan YDM-ə zərbədə xəsarət görən qadına və on bir yaşlı oğlana tibbi yardım göstərilib. Hazırda ərazidə operativ olaraq təcili xidmətlər fəaliyyət göstərir", - deyə o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər