Dünya

Trampdan Meloni üçün "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımı - FOTO

06 Jul 2026, 13:20 24 baxış
Trampdan Meloni üçün "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımı - FOTO
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə ötən həftələrdə baş verən "fotoşəkil" qalmaqalından sonra öz sosial media şəbəkəsində növbəti dəfə diqqətçəkən status paylaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasındakı hesabında paylaşım edib.
Meloni ilə əl görüşdüyü anın görüntüsünü izləyicilərinə təqdim edən Tramp həmin şəklin üzərinə "Uzaqlaşdırma qərarı lazımdır" ifadəsini qeyd edib. Xatırladaq ki, Meloni ilə Tramp arasındakı "foto çəkdirmək üçün yalvardı" qalmaqalı bir neçə həftə öncə baş vermişdi. Tramp iyunun 19-da İtaliyanın "La7" telekanalında yayımlanan müsahibəsində, Fransada keçirilən G7 Zirvə toplantısı çərçivəsində görüşdüyü Meloni haqqında "Mənimlə foto çəkdirmək üçün yalvardı. Foto çəkdirməyi çox istəyirdi, çəkilməzdim, amma ona acıdım" ifadələrini işlətmişdi.
Trampdan Meloni üçün "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımı - FOTO Trampdan Meloni üçün "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər