Dünya

Dağıdıcı tayfun ABŞ-yə məxsus aviabazaya yaxınlaşır: Küləyin sürəti saniyədə 80 metrə çatır

06 Jul 2026, 12:56 1 baxış
Dağıdıcı tayfun ABŞ-yə məxsus aviabazaya yaxınlaşır: Küləyin sürəti saniyədə 80 metrə çatır
"Bavi" supertayfunu Şimali Marian adaları regionunda ABŞ-nin Sakit okeandakı ərazilərinə daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb. ABŞ-nin Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, fırtınanın mərkəzi hissəsində küləyin maksimal sürəti saniyədə 80 metrə qədər yüksəlir. Tayfun ABŞ-nin "Andersen" aviabazasının yerləşdiyi Quamdan təxminən 80 kilometr məsafədə yerləşən və 2 min sakini olan Rota adasını cənginə alıb. CNN-in məlumatına görə, "Bavi"nin yaxınlaşması səbəbindən hərbi baza rəhbərliyi yüksək hazırlıq vəziyyəti elan edib. Qeyd edilir ki, sözügedən hərbi obyektdə 7 mindən çox hərbi qulluqçu xidmət göstərir. Həmçinin orada "B-1", "B-2" və "B-52" strateji bombardmançı təyyarələri də yerləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər