Dünya

Filippində yenə güclü zəlzələ oldu

06 Jul 2026, 13:00 1 baxış
Filippində yenə güclü zəlzələ oldu
Filippində 5.8 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 7 mindən çox əhalisi olan Saranqani şəhərindən 49 kilometr şimalda yerləşib. Seysmik hadisənin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb. İtki və dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunmayıb. Qeyd edək ki, ötən ay Filippinin cənub bölgəsində baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində azı 78 nəfər ölüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər