Dünya

OPEK+ ölkələri neft hasilatını artırmaq barədə razılığa gəldilər

05 Jul 2026, 16:48 1 baxış
OPEK+ ölkələri neft hasilatını artırmaq barədə razılığa gəldilər
OPEK+ ölkələri neft bazarındakı mövcud vəziyyəti nəzərə alaraq avqust ayı üçün neft hasilatı ilə bağlı növbəti siyasətə dair qərar qəbul ediblər. Oxu.Az bildirir ki, bu barədə iyulun 5-də keçirilən onlayn görüşün yekunlarına əsasən təşkilatın saytında məlumat verilib. "Yeddi iştirakçı ölkə 2023-cü ilin aprelində elan edilmiş əlavə könüllü korrektələrlə müqayisədə hasilatın sutkada 188 min barrel həcmində tənzimlənməsini həyata keçirmək qərarına gəlib" , - deyə məlumatda vurğulanır. Söhbət cari ilin avqust ayından etibarən neft hasilatının artırılmasından gedir. 2023-cü ildə elan edilmiş əlavə könüllü korrektələr dəyişən bazar şərtlərindən asılı olaraq qismən və ya tamamilə ləğv edilə bilər. Ölkələr bazardakı vəziyyəti izləməyə davam etmək barədə razılığa gəliblər. Bəyanatda növbəti görüşün avqustun 2-də baş tutacağı qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər