Dünya
İspaniyada siyasi böhran fonunda növbədənkənar seçki qərarı verildi
İspaniyanın Baş naziri Pedro Sançes ölkə parlamentinə bu il noyabrın 29-da keçirilməsi planlaşdırılan növbədənkənar ümumi seçkinin təyin olunduğunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Qeyd olunur ki, Sançes Konqresdə mənzil tikintisi ilə bağlı qanun layihələrinin rədd edilməsi, Seutada yaşanan miqrasiya böhranı və parlament çoxluğunun zəifləməsi fonunda bir neçə gün davam edən düşüncələrdən sonra bu qərarı verib. Məlumata görə, İspaniya rəhbərliyi Konqres tərəfindən qəbul edilməyən iki fərman-qanun vasitəsilə mənzil böhranını həll etməyə çalışırdı. Nazirlər Kabinetinin lazımi dəstəyi təmin etmək məqsədilə son anda apardığı danışıqlara baxmayaraq, təklif olunan tədbirlər rədd edilib. Parlamentdəki bu məğlubiyyətdən sonra Sançes vəziyyəti dəyərləndirmək üçün vaxt istəyərək, qanunverici orqandakı fəaliyyətini sona qədər davam etdirmək, yoxsa qərar vermək hüququnu səsvermə yolu ilə vətəndaşlara qaytarmaq barədə yekun nəticəyə gəlməyə çalışıb.
Mənbə
oxu.az