Cəmiyyət

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

05 Oct 2026, 14:35 2 baxış
Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Azərbaycanla Türkiyənin vilayəti kimi davranmaq istəyənlər ağıllarını başlarına toplamalıdır.


Axar.az xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazar Cəmil Kılıç özünün X hesabında sosial şəbəkələrin Türkiyə seqmentində bəzi fəalların Azərbaycana yönəli ədalətsiz tənqidləri haqda qeyd edib.


“Azərbaycan suveren və müstəqil dövlətdir. Soydaş və qardaş ölkədir. Azərbaycanla bir millətik, amma bir dövlət deyilik. Bu həqiqəti unutmadan qarşılıqlı hörmət və əməkdaşlıqla hərəkət edilməlidir. Azərbaycana sevgimiz heç bir qarşılıq gözləmədən hiss etdiyimiz bənzərsiz hissdir. Var olsun, güclü olsun, ucalsın. Sonadək üç rəngli bayrağı ilə xoşbəxt yaşasın”, - Kılıç bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər