Digər

NATO bu ölkələrə qüvvə yeridir – qəbuledilməzdir

05 Oct 2026, 14:24 3 baxış
NATO bu ölkələrə qüvvə yeridir – qəbuledilməzdir

Moskva Əfqanıstan və ona qonşu dövlətlərin ərazisində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsini qəti şəkildə qəbuledilməz hesab edir.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstan üzrə xüsusi nümayəndələr və yüksəkvəzifəli şəxslər səviyyəsində Moskva formatında keçirilən məsləhətləşmələr zamanı deyib.


“NATO hərbi infrastrukturunun Əfqanıstan və qonşu dövlətlər ərazisində hər hansı bir bəhanə ilə yerləşdirilməsinin qəti şəkildə qəbuledilməzliyini bir daha vurğulamaq istərdim. Tarixi təcrübə göstərir ki, belə mövcudluq sabitliyin pozulmasına və münaqişələrin artmasına səbəb ola bilər. Son onilliklər ərzində belə mövcudluğun başqa nəticələrinə şahid olmamışıq”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər