Siyasət
Estoniya XİN başçısı Azərbaycana gəlir
Estoniyanın xarici işlər naziri Margus Tsahkna Azərbaycana səfər edəcək.
Axar.az APA-ya istinadla xəbər verir ki, səfər oktyabrın 19-da baş tutacaq.
Nazir oktyabrın 20-də Estoniyanın Bakıdakı səfirliyinin açılışında iştirak edəcək.
Səfər çərçivəsində Marqus Tsahknanın Azərbaycanda bir sıra görüşlər keçirməsi gözlənilir.
Mənbə
axar.az