Digər

Tramp bu türk ölkəsinə səfər edəcək

05 Oct 2026, 14:48 3 baxış
Tramp bu türk ölkəsinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir.


Axar.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Paolo Zampolli deyib.


“Bilirəm ki, o, Özbəkistana getmək istəyir. Prezidentin iş qrafiki son dərəcə sıxdır, amma o, mənə Özbəkistana səfər etmək arzusunda olduğunu dedi”, - o bildirib.


Zampolli qeyd edib ki, Trampın Özbəkistana səfəri məsələsini daim gündəmdə saxlayır və səfərin yaxın gələcəkdə baş tutacağına ümid edir.

Mənbə axar.az

Oxşar Xəbərlər