Dünya
Yəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəmənin Hudeydə limanından 30 dəniz mili cənub-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. Yük gəmisi naməlum silahlı şəxslərin hücumuna məruz qaldığını bildirərək fəlakət siqnalı yayıb", - deyə mərkəzin bəyanatında qeyd olunub.
Mənbə
oxu.az