Dünya

ABŞ-də anomal istilər: 20-dən çox ölən var

05 Jul 2026, 12:24 2 baxış
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
ABŞ-də hökm sürən anomal isti hava şəraiti nəticəsində azı 25 nəfər dünyasını dəyişib. Oxu.Az bildirir ki, bu barədə NBC telekanalı ABŞ ştatlarının hökumət orqanlarına istinadən xəbər verir. Ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - burada həyatını itirənlərin sayı 22-yə yüksəlib. İstilər səbəbindən daha bir ölüm faktı İllinoysda, iki hal isə Missisipidə qeydə alınıb. Dünyasını dəyişənlərin bir çoxunun cəsədi kondisioneri olmayan evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər