Dünya

ABŞ-də atışma baş verib: Xəsarət alanlar var

05 Jul 2026, 10:48 3 baxış
ABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. Oxu.Az bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsində baş verib. Həmin an insanlar bayram atəşfəşanlığını izləyirmişlər. Yaralananlar arasında beş və yeddi yaşlı uşaqlar da var. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər