Digər

Kiyevdə AP əməkdaşlarının qaldığı otel də vuruldu

03 Jul 2026, 17:25 1 baxış
Kiyevdə AP əməkdaşlarının qaldığı otel də vuruldu

Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi hücum zamanı xarici ölkə diplomatlarının qaldığı "Sitiotel Residens" (Cityhotel Residence) oteli də hədəfə alınıb.


Axar.az xəbər verir ki, bu barədə məlumatı “Röyters” yayıb.


Bildirilib ki, hücum zamanı həmin oteldə xarici ölkə diplomatları ilə yanaşı, Avropa Parlamentinin əməkdaşları və Avstriyanın Ukraynadakı səfiri Robert Martin Müller qalırmış.


Rusiyanın hücumunu qınayan Avropa Parlamentinin sədri Roberta Metsola X səhifəsində bildirib ki, otel gecə hücumu zamanı zərər görüb.


Məlumata görə, hücum nəticəsində diplomatlar və otel əməkdaşları xəsarət almayıb. Bununla belə, onların şəxsi əmlakına ziyan dəyib.

Mənbə axar.az

Oxşar Xəbərlər