Cəmiyyət

Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO

03 Jul 2026, 17:52 1 baxış
Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO
Bakının mərkəzi yollarından birində - Rəşid Behbudov küçəsində yerləşən velosiped zolağının vəziyyəti narazılıq yaradıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub. Bildirilib ki, bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən küçədə ikitərəfli velosiped zolağı təşkil edilsə də, hazırda onun müəyyən hissəsində hərəkət istiqaməti dəyişərək birtərəfli və olduqca ensiz hala keçir. Bu vəziyyət isə velosipedçilərin təhlükəsiz hərəkətinə mane olur və qəza riski yaradır.
{{gallery}} Vətəndaş nəzərə çatdırıb ki, məsələ ilə bağlı AYNA-ya müraciət etsə də, indiyədək cavab ala bilməyib. "Hesab edirəm ki, şəhərdə velosiped infrastrukturunun təhlükəsiz və ardıcıl şəkildə təşkil olunması vacibdir. Bu problem aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır", - deyə vətəndaş vurğulayıb. Oxu.Az şikayətlə bağlı aidiyyəti üzrə sorğu ünvanlayıb.
Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO Bakıda velosiped zolağı ilə bağlı narazılıq: "Qəza riski yaranır" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər