Digər
İsrail Hizbullahın 10 obyektinə zərbələr endirdi
İsrail Hizbullahın 10-a yaxın obyektinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.
""Hizbullah" tərəfindən razılaşmanın davamlı olaraq pozulmasına və təhlükəsizlik zonasında İsrail ordusunun əsgərlərinə hücumlara cavab olaraq, İsrail Müdafiə Ordusu Livanın cənubundakı Bint-Cübeyl, Beyt-Yəhun, Kunin və Braaçit rayonlarında Hizbullahın 10-a yaxın infrastruktur obyektinə dəqiq zərbələr endirib", - məlumatda qeyd olunub.
Mənbə
axar.az