Şou biznes

Castin Biber DÇ-2026-nın finalında çıxış edə bilər

03 Jul 2026, 17:56 2 baxış
Castin Biber DÇ-2026-nın finalında çıxış edə bilər
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) final matçının fasiləsi zamanı səhnəyə çıxması üçün Kanadadan olan pop-ulduz Castin Biberi dəvət etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, müvafiq məlumatı mənbələrinə əsaslanaraq TMZ nəşri yayımlayıb. Məlumata görə, kanadalı ifaçı səhnədə Cənubi Koreyanın BTS pop-qrupu, ABŞ təmsilçisi Madonna və kolumbiyalı ulduz Şakira ilə birlikdə yer ala bilər. Xatırladaq ki, futbol üzrə dünya çempionatı Kanada, Meksika və ABŞ-nin ev sahibliyi ilə keçirilir. İyulun 19-da yekunlaşacaq turnirin final oyunu ABŞ-nin Nyu-Cersi ştatında, İst-Raterford şəhərində yerləşən "MetLife" arenasında təşkil ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər