Kriminal

Londondakı Azərbaycan Evinin rəhbəri VƏFAT ETDİ - FOTO

03 Jul 2026, 17:46 1 baxış
Londondakı Azərbaycan Evinin rəhbəri VƏFAT ETDİ - FOTO
Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib: "Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Doktor Ataların əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq".
Londondakı Azərbaycan Evinin rəhbəri VƏFAT ETDİ - FOTO Londondakı Azərbaycan Evinin rəhbəri VƏFAT ETDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər