Cəmiyyət

Asosiallıq yaradan şəbəkə: Psixoloqdan uşaqları gözləyən təhlükə ilə bağlı XƏBƏRDARLIQ

03 Jul 2026, 18:00 1 baxış
Asosiallıq yaradan şəbəkə: Psixoloqdan uşaqları gözləyən təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Uşaqların sosial şəbəkələrdən istifadəsi onların psixologiyası ilə yanaşı, orqanizminə də mənfi təsir göstərir. Bunu Oxu.Az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. O bildirib ki, insanlarda doğulduğu gündən müəyyən vərdişlər olur və bu vərdişlər düzgün istiqamətdə istifadə edilməlidir: "Bu vərdişlərdən doğru istifadə etdikdə daha uğurlu ola bilər. Sosial şəbəkədən istifadə də bir növ vərdişdir. Ümumiyyətlə, hər bir yaş dövrünün özünə uyğun məlumat alması limiti olmalıdır. Hər hansı bir hadisəni hər yaşda uşağa eyni cür izah etmək olmur. Sosial şəbəkələrdə isə belə bir limit yoxdur və gərəksiz məlumatlar gərəksiz yaşda, gərəksiz fikirlə ifadə edilir, bu da uşağın şüuruna yeriyir.
Hər bir ailənin öz qayda-qanunu, mental dəyərləri var. Sosial şəbəkələrdə isə o mental dəyərlərə uyğun olmayan obrazlar var ki, həmin obrazlar uşağın həyat tərzinə, şüuruna və yaşamına təsir göstərir. Filmlərdən obrazlar, oyunlardan qəhrəmanlar, cizgi filmlərindən rollar və sair". Psixoloq bildirib ki, sosial şəbəkələrdən istifadə, həmçinin gərəksiz vaxt itkisidir: "Bu da uşağın nitqində, düşünməsində, sosiallaşmasında problem yaradır. Həmçinin uşaqlar sosial şəbəkələrdən istifadə edərkən həm də hərəkətsizliyə meyillənirlər. Bu da uşağın inkişafına daha bir problem yaradır. Əvvəllər uşaqlar həyətdə oynayır, hərəkət edirdilər. Bu da onların aktiv həyatına müsbət təsir göstərirdi. Amma bu gün sosial şəbəkələrdən istifadə uşaqlarda bir hərəkətsizlik yaradır. Bu proses də uşaqların fiziki kasadlığına gətirib çıxarır. Ona görə də uşaqların fizioterapevtlərə ehtiyacı yaranır, bədən passiv həyata uyğunlaşır, aktivliyini itirir". F.Mehmanqızı bildirib ki, valideynlər övladlarının düzgün böyüməsi və normal inkişafı üçün bu məsələlərə diqqət yetirməli, uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarəti gücləndirməlidirlər.
Asosiallıq yaradan şəbəkə: Psixoloqdan uşaqları gözləyən təhlükə ilə bağlı XƏBƏRDARLIQ Asosiallıq yaradan şəbəkə: Psixoloqdan uşaqları gözləyən təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Mənbə oxu.az

Oxşar Xəbərlər