Dünya

Zəlzələdən sonra Venesuelaya 16 ölkədən 1000 nəfər gəldi

26 Jun 2026, 19:30 1 baxış
Zəlzələdən sonra Venesuelaya 16 ölkədən 1000 nəfər gəldi
Bu həftənin əvvəlində baş verən güclü zəlzələlərdən sonra Venesuelaya 16 ölkədən təxminən 1 000 xilasedici göndərilib. Oxu.Az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndəsi Yens Lerke məlumat verib. Onun sözlərinə görə, İtaliya, Kolumbiya, Meksika, Salvador, ABŞ, Çili və İsveçrədən axtarış-xilasetmə qrupları artıq Venesuelaya gəlib. Böyük Britaniya, Almaniya, İordaniya, İspaniya, Qətər, Niderland, Fransa, Çexiya və Ekvadordan olan qrupların yaxın günlərdə ölkəyə gəlməsi gözlənilir. Lerke, həmçinin bildirib ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Venesuelaya kömək üçün fövqəladə hallara reaksiya fondundan 15 milyon dollar ayırıb. İndiyədək olan məlumatlara görə, Venesuelada baş verən zəlzələlər nəticəsində ən azı 589 nəfər həlak olub, 2 980 nəfər yaralanıb. Ən çox La-Quayra ştatı zərər çəkib və fəlakət zonası elan edilib. Zərərçəkənlərin axtarışları və dəymiş ziyanın qiymətləndirilməsi davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər