Dünya

İlon Mask yenidən trilyonçu oldu

05 Oct 2026, 22:00 1 baxış
İlon Mask yenidən trilyonçu oldu
"Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Maskın sərvəti növbəti dəfə 1 trilyon dollar həddini keçib. Oxu.Az "Forbes" nəşrinə istinadən xəbər verir ki, fond bazarının açılışından dərhal sonra "SpaceX" və "Tesla" səhmlərinin qiymətlərinin kəskin yüksəlməsi texnologiya maqnatının bu ilin iyun ayında ilk dəfə əldə etdiyi trilyonçu statusunu geri qaytarmasına səbəb olub. Bazar ertəsi Maskın sərvəti 1 trilyon dollar təşkil edib. Bu, ötən cümə gününün bağlanış göstəricisindən 30,6 milyard dollar çoxdur. Müqayisə üçün qeyd edək ki, "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 371,5 milyard dollar qiymətləndirilir. Mask ilk dəfə iyunun 12-də tarixdə ilk trilyonçu kimi qeydə alınıb və təxminən iki həftə ərzində bu statusunu qoruyub saxlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər