Digər
Kiyev Moskvaya 10 000 dronla hücum edib - Sobyanin
1 sentyabrdan 5 oktyabra qədər Moskva bölgəsinə təxminən 9994 dronla hücuma cəhd edilib.
Axar.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında Moskva meri Sergey Sobyanin deyib.
O bildirib ki, 9994 dronunun əksəriyyəti sərhəd ərazilərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Sobyaninin sözlərinə görə, Moskvaya yalnız 862 dron yaxınlaşa bilib və onlar da məhv edilib.
Mənbə
axar.az