Dünya
Yəməndə hökumət qüvvələri husilərin nəzarətində olan şəhəri geri alıb
Yəmən hökumət qüvvələri ölkənin qərbində yerləşən Taiz əyalətinin Moha liman şəhərinə nəzarəti bərpa edib. Oxu.Az xəbər verir ki, bu barədə SABA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, hökumət qüvvələri havadan dəstək alaraq şiddətli döyüşlərdən sonra şəhərə nəzarəti ələ keçirib. Husilər Moha şəhərini sentyabrın əvvəlindən nəzarətdə saxlayırdılar. Mənbə bildirib ki, "Ənsar Allah" hərəkatının üzvləri arasında ölən və yaralananlar var. Döyüşçülərin bir qismi əsir götürülüb, qalanları isə geri çəkilib. Hazırda hökumət qüvvələri geri çəkilən husiləri təqib edir və azad edilmiş ərazilərdə əməliyyatları davam etdirir.
Mənbə
oxu.az