Kriminal
Tovuzda dəhşət: ata 29 yaşlı oğlunu bıçaqladı
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Kənd sakini 1997-ci il təvəllüdlü Nicat Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Nicat Məmmədovun ailə münaqişəsi zamanı atası Aydın Məmmədovla aralarında mübahisə düşüb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Hadisə zamanı ata Aydın Məmmədovun sərxoş olduğu bildirilir.
Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az