Dünya

Çində dəhşətli hadisə: Təyyarə 109 mərtəbəli binaya çırpıldı - FOTO - VİDEO

26 Jun 2026, 18:12 4 baxış
Çində dəhşətli hadisə: Təyyarə 109 mərtəbəli binaya çırpıldı - FOTO - VİDEO
Çinin Pekin şəhərində fövqəladə hadisə baş verib. Yüngülmühərrikli təyyarə "CITIC qülləsi" kimi tanınan 109 mərtəbəli "China Zun" "göydələn"inə çırpılıb. Oxu.Az bildirir ki, bu barədə "The Sun" nəşri məlumat verib. Qeyd olunub ki, toqquşma nəticəsində təyyarə tamamilə dağılıb, Çaoyan mərkəzi biznes rayonundakı 528 metrlik binanın isə ən azı iki pəncərəsi sınıb. Şahidlər bildirirlər ki, qəza yerindən qatı tüstü qalxıb, təyyarənin qalıqları yerə səpələnib. Yayılmış videokadrlarda Çin paytaxtında ən hündür binanın yan divarında boşluq görünür.

Dərhal genişmiqyaslı təxliyə həyata keçirilib, lakin zərərçəkənlərin və ölənlərin dəqiq sayı hələlik məlum deyil. Xilasetmə xidmətləri hadisə yerində işlərini davam etdirirlər və hadisənin səbəblərini aydınlaşdırırlar. Pilotun təyyarəni niyə çoxmərtəbəli binaya doğru yönəltməsinin səbəbləri hələlik müəyyən edilməyib.
Çində dəhşətli hadisə: Təyyarə 109 mərtəbəli binaya çırpıldı - FOTO - VİDEO Çində dəhşətli hadisə: Təyyarə 109 mərtəbəli binaya çırpıldı - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər