Dünya

Yaponiyada güclü zəlzələ baş verib

26 Jun 2026, 18:20 3 baxış
Yaponiyada güclü zəlzələ baş verib
Yaponiyanın mərkəzi hissəsində 5.6 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Tokio yaxınlığında, quru ərazidə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib. Yaponiyanın seysmik şkalasına əsasən, zəlzələnin intensivliyi 6 bal olaraq qiymətləndirilib. Belə gücdə yeraltı təkanlar binalara ziyan vura bilər. Zəlzələdən bir neçə saniyə əvvəl ölkənin ümummilli erkən xəbərdarlıq sistemi işə düşüb. Yerli sakinlərin mobil telefonları səssiz rejimdə olsa belə, güclü siren siqnalı səsləndirib. Yaponiyanın paytaxt regionunda yeraltı təkanlar güclü hiss olunub. Tokioda mebellər yırğalanıb, bəzi evlərdə qab-qacaq yerə düşüb. Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər