Dünya

Avropa Komissiyasının binasında işçilərə kondisionerlərdən istifadə qadağan olundu

26 Jun 2026, 17:18 1 baxış
Avropa Komissiyasının binasında işçilərə kondisionerlərdən istifadə qadağan olundu
Avropanı cənginə alan anomal istilər səbəbindən Brüsseldə yerləşən Avropa Komissiyasının (AK) qərargahında kondisioner sistemi məcburi şəkildə qismən söndürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, cümə günü binanın birinci mərtəbəsindən yeddinci mərtəbəsinədək çalışan AK əməkdaşlarına ekstremal hava şəraiti ilə əlaqədar havanın soyudulmasının günün sonuna qədər məcburi dayandırılacağı barədə bildirişlər göndərilib. Bununla belə, AK rəhbəri Ursula fon der Lyayen və avrokomissarların kabinetlərinin yerləşdiyi 13 mərtəbəli binanın yuxarı mərtəbələrində kondisionerlər işini davam etdirir. Verilən məlumata əsasən, bu həftə Avropa Parlamentində də soyutma sistemlərinin gücləndirilmiş işi səbəbindən enerji istehlakının artması nəticəsində elektrik enerjisi kəsintiləri qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər