Dünya

Pentaqon süni intellektdən istifadə arealını genişləndirir

26 Jun 2026, 16:24 3 baxış
Pentaqon süni intellektdən istifadə arealını genişləndirir
ABŞ-nin Hərb Nazirliyi zərbə hədəflərinin müəyyənləşdirilməsi ilə bağlı doktrinasını yeniləyərək, gələcəkdə bu prosesdə süni intellektə (Sİ) daha geniş yer verilə biləcəyini qeyd edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, yeni qaydalar insan nəzarəti altında Sİ-nin hərəkətə keçdiyi sistemlərə keçid ehtimalını nəzərdə tutur. Agentlik vurğulayıb ki, hazırkı prinsiplərə əsasən, hərəkəti insan başladır. "Gələcək döyüş əməliyyatlarının sürəti və rəqiblərimizin Sİ sahəsindəki nailiyyətləri ABŞ Silahlı Qüvvələrindən tam avtonom sistemlərin tətbiqinə başlamağı tələb edə bilər", - deyə məqalədə qeyd olunub. ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi agentliyə açıqlamasında qeyd edib ki, hədəflərin müəyyən edilməsi doktrinasına edilən dəyişikliklər uzunmüddətli kompleks prosesin nəticəsidir və müxtəlif vəziyyətlərdə əldə edilmiş təcrübələri özündə cəmləşdirir. Öz növbəsində Pentaqon rəsmisi hərbi idarə tərəfindən istifadə olunan Sİ texnologiyalarının avtonom rejimdə hədəf seçmədiyini və zərbə endirmədiyini, hər bir qərar üzərində komandanlığın nəzarətinin saxlanıldığını bildirib. Bundan əvvəl ABŞ mətbuatı xəbər verib ki, ABŞ ordusu İrana qarşı əməliyyat planlaşdırarkən hədəflərin seçilməsi üçün "Claude" Sİ modelinə əsaslanan "Maven Smart System" uçuşları idarəetmə platformasından istifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər